İraqda terror aktı: 20 ölü, 40 yaralı

Noyabrın 21-də İraqın şimal-şərqində yerləşən Tuz-Hurmatu şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 20 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb. Xarici KİV-lər xəbər verir ki, partlayış şəhərin hərbi məhəlləsinin mərkəzi hissəsində yerləşən Əl-Mahdar bazarında törədilib.

Polis orqanlarında olan mənbənin məlumatına əsasən, şəhər xəstəxanasına yaralıların gətirilməsi davam edir. Onların sayının artacağı ehtimal olunur.

Tuz-Hurmatu şəhəri Səlah-əd-Din vilayətinin ərazisində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə