Yens Stoltenberq Türkiyədən üzr istəyib

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən hörmətsizliyə görə üzr istəyib. Anadolu Agentliyinin verdiyi xəbərə görə, Y.Stoltenberq açıqlamasında bildirib ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçisi deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi vəzifəsindən uzaqlaşdırılıb. Onunla bağlı sonrakı qərarları Norveç tərəfi verməlidir.

Baş katib Türkiyəni NATO-nun mühüm tərəfdaşı kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə