Cənubi Koreyanın şərqində 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, yeraltı təkanların episentri Pxoxan şəhərində yerləşib. Nəticədə 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 300 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Zəlzələdən sonra bir neçə təkrar təkanlar qeydə alınıb. Zəlzələ paytaxt Seulda da hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə