27 ildən sonra Səudiyyə Ərəbistanı ilə İraq arasında bir ilk...

1991-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanı ilə İraq arasında birbaşa aviareyslər fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, bununla bağlı yayımlanan açıqlamada sözügedən addımın qardaş münasibətlərin bir təzahürü olduğu bildirilib.

Qeyd edək ki, son vaxtlar İraq rəsmilərinin Səudiyyəyə səfəri də bu iki ölkə arasında münasibətlərin normallaşması kimi qəbul edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə