İspaniyada meşə yanğınları 3 nəfərin həyatına son qoyub

İspaniyanın Qalisiya vilayətini bürüyən meşə yanğınları nəticəsində 3 nəfər həlak olub. Son 2 gün ərzində Qalisiyada 146, Asturiya vilayətində isə 31 yanğın ocağı qeydə alınıb.

Bəzi hissələrdə meşə yanğınları yaşayış məntəqələri üçün təhlükə yaratdığından, onlarla qəsəbədə ikinci dərəcəli təhlükə elan olunub. Yanğınların Qalisiya vilayətinin ən böyük şəhəri Viqoya yaxınlaşdığı barədə də məlumatlar yayılır.

Bu günlərdə yağış yağacağı proqnozlaşdırılır ki, bu da yanğınları səngidə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə