Bərzani: "Gecə-gündüz təzyiqə məruz qalırıq"

"Referendumun təxirə salınması üçün gecə-gündüz təzyiqə məruz qalırıq." Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib. O bildirib ki, artıq gecdir və referendumun təxirə salınması üçün zaman qalmayıb:

"Biz uğursuz keçmişə qayıdan deyilik. Müzakirələrə 25 sentyabrdan sonra da hazırıq. Buradan bəyan edirəm: Mən özümü xalqın qarşısında utandıracaq biri deyiləm". Qeyd edək ki, müstəqillik referendumun sentyabrın 25-də keçirilməsi nəzərdə tutulib.

Bütün xəbərlər Facebook səhifəmizdə