Makron İrana qarşı: "Nüvə proqramı ilə bağlı razılaşmaya yenidən baxılmalıdır"

"İranın nüvə proqramı ilə bağlı razılaşma saxlanılmalıdır, lakin ölkənin raket fəaliyyəti, eləcə də 2025-ci ildən sonra Tehrana məhdudiyyətlərlə bağlı bəzi müddəalar əlavə edilməlidir." Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

"Hesab edirəm ki, 2015-ci il razılaşması saxlanılmalıdır, çünki yaxşı sənəddir. Nüvə razılaşmasını tamamilə ləğv etmək səhv olardı". Onun sözlərinə görə, sazişin mətninə iki və ya üç element əlavə olunmalıdır: "Balistik raketlərə diqqət yetirilməlidir, bu, 2015-ci ilin razılaşması ilə əhatə olunmur. İkincisi, 2025-dən sonra baş verəcəklərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə