Ərdoğanla Makron arasında 40 dəqiqəlik görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub. Türkiyə mətbuatının yazdığına görə, tərəflər ABŞ-ın Nyu York şəhərində BMT sammiti çərçivəsində bir araya gəliblər.

40 dəqiqə davam edən görüşdə digər Türkiyə rəsmiləri də iştirak edib. Görüşün detalları barədə açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə