“Türk evi” binasının təməli qoyuldu Nyu-Yorkda

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Türk evi binasının təməli qoyulub. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təməlqoyma mərasiminə çoxlu sayda rəsmi şəxs, o cümlədən Türkiyə diasporunun təmsilçiləri qatılıblar. Yeni bina 1977-2013-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi və hazırda söküntü işləri başa çatan köhnə binanın yerində inşa olunacaq. Bildirilir ki, tikintisi 3 ilə başa çatması nəzərdə tutulan bina 36 mərtəbədən və 171 metr hündürlükdən ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə