Türkmanlar qərar verdi: "Bərzaninin toplantısı boykot edilsin"

Kərkük Vilayət Məclisinin türkman üzvləri kürd lider Məsud Bərzaninin başçılığı ilə keçiriləcək toplantını boykot edib. Axar.az xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin sədr müavini Həsən Turan deyib. O bildirib ki, məclisin türkman üzvləri toplantıda iştirak etməyib:

“Kərkük və mübahisəli ərazilərdə referenduma qarşı olduğumuzu bir daha bildirdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə