İspaniya parçalanır: Katalonlar ayağa qalxıb

İspaniyanın Barselona şəhərində minlərlə insanın iştirakı ilə Kataloniyanın milli bayramı sayılan “Diada bayramı” münasibətilə mitinq keçirilib. Axar.az xəbər verir ki, iştirakçılar yerli vaxtla 17:14-də meydana toplaşaraq nümayişə başlayıblar. Məlumata görə, bayramın keçirilməsi üçün 1800-ə yaxın avtobus kataloniyalıları Barselona şəhərinə daşıyıb.

Qeyd edək ki, sözügedən bayram 1714-cü ildən ispanların Kataloniyanı işğal etməsindən sonra keçirilir.

Bundan əlavə, sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan Kataloniyanın müstəqillik referendumu rəsmi Madrid tərəfindən qeyri-qanuni sayılaraq təxirə salınmışdı. Daha sonra referendum tarixi 1 oktyabra təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə