Alman siyasətçi: “Türkiyə Qərbə arxa çevirib"

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ailə üzvlərinin xarici ölkələrdəki hesabları dondurulmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xristian Demokrat Birlik (CDU) partiyasının nümayəndəsi Roderix Kisevetter Federal Məclisdə çıxışı zamanı deyib. Bundan əlavə, partiya funksioneri deyib ki, avropalı turistlər Türkiyəyə istirahət getməzsə, bu ölkənin ciddi maliyyə problemləri yaşanar: “Türkiyə Qərbə arxa çevirib. Yaxın zamanda bu ölkə NATO-ya əlvida deyə bilər. NATO-nun təmsil etdiyi dəyərləri Türkiyə ayaqlar altına atdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə