Polşada ağır yol qəzası: 30-dək şəxs xəsarət alıb

Polşanın Tarnobjeq şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 30-dək şəxs xəsarət alıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Xəbərə görə, 85 nəfəri aparan ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb, nəticədə 28 sərnişin xəsarət alıb.

Hadisə yerinə 15 təcili yardım naşını və xilasedici helikopter cəlb edilib. Xəsarət alanlardan 7 nəfərin vəziyyəti kritikdir. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə