ABŞ koalisiyası Rakkada 946 dinc sakini öldürüb

ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən qurudan və havadan Suriyanın Rakka şəhərinə təşkil edilən hərbi hücumlar nəticəsində 946 dinc sakin ölüb. Bu barədə “Rakka səssizcə məhv edilir” sosial şəbəkə qrupunun məlumatında deyilib.

Hesabatın 9 iyun-8 avqust tarixlərini əhatə etdiyi bildirilib: “İŞİD Rakkanı əldə verməmək üçün kamikadze hücumlarının sayını artırıb. İndiyə kimi 60-da çox kamikadze hücumu təşkil edilib”

loading...