"Suriyalıların 52 faizi öz gələcəyini Türkiyədə görür"

Suriyalıların 52 faizi öz gələcəyini Türkiyədə görür. Axar.az xəbər verir ki, bu nəticə Humanitar İnkişaf Fondu və İPSOS Araşdırmalar İnstitutunun Türkiyədəki suriyalılar arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Sorğuya əsasən suriyalı qaçqınların 74%-i Türkiyə vətəndaşlığını almaq istəyir. Bununla bərabər sorğuda məlum olub ki, 70% suriyalı türkcə danışa bilmir. Qeyd edək ki, hazırda Türkiyə ərazisində 2 milyondan çox suriyalı qaçqın yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə