Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb. Anadolu agentliyi xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi dünən fövqəladə vəziyyət rejiminin 2017-ci il iyulun 19-dan başlayaraq, üç ay uzadılmasına dair Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.

Xatırladaq ki, fövqəladə vəziyyət Türkiyədə dövlət çevrilişi cəhdindən sonra – ötən il iyulun 21-də elan olunub və parlamentdə bu il aprelin 18-də qəbul olunan qərarla davam etməkdədir.

loading...