Fransa XİN rəhbəri Birləşmiş Ərəb Əmirliklərində olub

Fransa Xarici İşlər naziri Jan İv Le Körfəz ölkələri səfərinin son nöqtəsi kimi Birləşmiş Ərəb Əmirliklərinə gəlib və bu ölkənin Xarici İşlər naziri Şeyx Abdulla bin Zayed əl-Nahyanla görüşüb. Axar.az xəbər verir ki, BƏƏ rəsmisi rəsmi Tvitter hesabında fransalı naziri qəbul etdiyini bildirib. O, görüş zamanı iki ölkə arasındakı dostluq münasibətlərindən, işbirliyindən danışdıqlarını vurğulayıb.

Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan İv Le Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turu səfərinə çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə