Liviyada BMT missiyasının üzvləri oğurlanıb

"Əl-Qaidə" terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb. Missiyanın üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər. Xarici mətbuat xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. BMT üzvləri Tunisdən Liviyanın Əz-Zaviyə şəhərinə qeyri-leqal miqrantların saxlanıldığı mərkəzə yoxlama üçün göndəriliblər. Burada isə oğurlanıblar. Onların arasında əcnəbilər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə