Pentaqon sözçüsü: "Suriya kimyəvi hücuma hazırlaşır"

"Suriya hökumətinin böyük bir kimyəvi hücuma hazırlaşdığını görürük." Bu sözləri Pentaqon sözçüsü Adrian Rankin-Qollivay deyib. Hazırlıqların Şayrat hərbi bazasında olacağı gözlənildiyi bildirilib.

Xatırladaq ki, Ağ Ev sözçüsü Şon Spayser də dünən Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə