MKİ-nin eks-şefi: “Kürdüstanın açarı Ankaradadır”

İraq Kürd Muxtar Vilayətinin müstəqillik əldə etməsi çox çətindir. Axar.az xəbər verir ki, bunu Avstraliya mətbuatına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus söyləyib.

“Kürdüstanın dövlət olaraq ayaqda qalması üçün gündəlik 800 min barrel neft ixrac etməsi lazımdır. Bununla belə kürdlər öz neftlərini 105 dollara satmalıdırlar. Hazırkı qiymətləri nəzərə alsaq, Ərbil hazırda Bağdaddan yardım almağa məcburdur. Üstəlik, Ərbil müstəqil olmaqla bağlı istəklərini Ankara və Bağdadla razılaşdırmalıdır” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə