Misir prezidenti iki adanı Səudiyyə Ərəbistanına verdi

Misir prezident Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib. Interfax informasiya agentliyi xəbər verir ki, Misir parlamenti Ər-Riyadla imzalanmış müvafiq sazişi ötən həftə təsdiqləyib. Bu ilin yanvar ayında Misir Ali Məhkəməsi həmin adaların verilməsinə dair hökumətin təklif etdiyi layihəni geri qaytarmışdı. O vaxt məhkəmədə bildirmişdilər ki, hökumət adaların Səudiyyə Ərəbistanının ərazisi olduğu barədə yetərincə dəlil-sübut təqdim etməyib.

Bir qədər əvvəl Misir hökuməti bəyan etmişdi ki, Tiran və Sanafir adaları bu ölkənin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına verilməsi barədə saziş Misirə iqtisadi fayda gətirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə