Şahmatçımız növbəti dəfə heç-heçə edib

İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının dördüncü mərhələsinin səkkizdəbir finalının cavab oyunları keçirilib.

SİA-nın məlumatına görə, qrossmeysterimiz Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Dmitri Yakovenko ilə növbəti partiyanı da heç-heçə başa vurub.

Qeyd edək ki, şahmatçımızın rəqibi ilə ilk qarşılaşmasında da bərabərlik qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə