Ronaldo "Qızıl top" mərasiminə qatılmayacaq?

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək. Fransa mətbuatının yazdığına görə, finalçılardan biri olan portuqaliyalı hücumçu tədbirin keçiriləcəyi Parisə getməyib. Ronaldonun bu gün Milandakı qala gecələrindən birində olacağı bildirilib. Onun həmin mərasimdə mükafat alacağı gözlənilir.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...