Almaniya 2-ci Bundesliqasında 10-cu tura start verilib.

SİA xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” bu turda doğma meydanda “Nürnberq”lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib. Nazarov start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin futbolçusu vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənib. Bununla da Nazarov bu mövsüm vurduğu qolların sayını 5-ə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə