Cüdoçularımızın mübarizəsi davam edir

Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışların üçüncü günündə cüdoçularımızdan ikisi - Murad Fətiyev və Cahangir Məcidov (hər ikisi 81 kq) mübarizəyə qoşulur.

M.Fətiyev slovakiyalı Aleks Barto, C.Məcidov isə Edi Şerifovski (Makedoniya)-Məhəmməd Koç (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Dünya çempionatında Azərbaycan komandası iki medal qazanıb. Təmsilçimiz Əhməd Yusifov (60 kq) ikinci, İbrahim Əliyev (66 kq) isə üçüncü yeri tutublar.

Yarışda Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...