Güləş yığmamız dünya çempionatında dördüncü medalını qazanıb

Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb. SİA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Manolova bürünc medal qazanıb.

Qeyd edək ki, hələ ki, Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...