İsveçli futbol əfsanəsi təhqirlərdən bezib istefa verdi

İki ay əvvəl İsveçin “Helsinborq” klubuna baş məşqçisi təyin olunan Henrik Larsson istefa verib. Klubun saytında yer alan məlumatda deyilir ki, İsveç futbolunun canlı əfsanəsi özü bu qərara gəlib. O, azarkeşlər tərəfinən çoxsaylı təhqirlərə görə komandadan ayrıldığını bildirib.

“Helsinborq” Larssonun rəhbərliyi altında 9 oyuna çıxıb. Beş dəfə məğlub olub, iki heç-heçə edən komandanın iki qələbəsi var. Hazırda komanda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Larsson 2014-cü ildə də “Helsinborq”u çalışdırıb. O, 1992-1993 və 2006-2009-cü illərdə futbolçu kimi bu klubda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...