"Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir” David Hill

"Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir". Qol.az xəbər verir ki, bu sözləri "Linfild"in baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ"ı məğlub etdikləri (3:2) oyundan sonra deyib. 40 yaşlı mütəxəssis komandasının çıxışından razı qalıb: "Futbolçularımın nəyə qadir olduğunu bilirəm. Ona görə də məni təəccübləndirmədilər. "Qarabağ"a qarşı oyunda qalib gəlmək inanılmazdır. Bir həftə sonra Bakıda oyunumuz var". Xatırladaq ki, "Qarabağ" - "Linfild" oyunu avqustun 29-daTofiq Bəhramov adına Repsublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə