Rusiyalı məşqçi: “Dinamo” Ramili niyə alırdı?

Moskvanın “Dinamo” klubunun sabiq məşqçisi Andrey Kobelev komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin oyunu ilə bağlı fikirlərini açıqlayıb. Belə ki, “Sport-ekspress”ə müsahibəsində o deyib: “Fikrimcə, “Dinamo”nun seleksionerləri, idman və baş direktoru “Krılya Sovetov”dan alınan futbolçunun avrokuboklara düşmək istəyən komandaya o dəqiqə nəticə verəcəyini güman etmirdilər. Bu, absurd olardı. Elə isə sual yaranır: “Dinamo” Ramili niyə alırdı?”.

Kobelev qeyd edib ki, Ramilin potensialı var: “Amma bu gün ciddi məsələlərin həlli üçün Ramil hələ çiydir”. Xatırladaq ki, R.Şeydayev bu mövsüm Premyer Liqanın geridə qalan 6 turunda bir qol belə vurmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə