"Sevilya" "Portu"dan futbolçu transfer edib

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytında yer alan xəbərə görə, La Liqa təmsilçisi "Portu"dan Oliver Torresin keçidini həll edib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Sevilya"nın bu keçid üçün qarşı tərəfə 12 milyon avro təzminat ödədiyi bildirilir. Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm "Portu"nun heyətində 25 oyun keçirib və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...