"Bavariya" Benjamin Pavarla müqavilə imzalayıb

"Bavariya" yeni transferi Benjamin Pavarla müqavilə imzalayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, 23 yaşlı müdafiəçi 5 illik sözləşməyə qol çəkib. Ötən mövsüm "Ştutqart"ın formasını geyinən fransalı futbolçu ilə yanvardan razılıq əldə olunmuşdu.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə çempion olan gənc futbolçu ötən mövsüm “Ştutqart”ın heyətində 31 oyunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...