Cüdo yığmamız Fransa millisi ilə qarşılaşacaq

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum olub.

SİA xəbər verir ki, qarışıq komandaların mübarizəsi 1/8 finaldan başlayacaq.

Azərbaycan yığması ilk qarşılaşmada Fransa ilə üz-üzə gələcək. Yığmamızın görüşü bu gün Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

1/8 finalın digər cütləri belədir: Portuqaliya – İspaniya, Hollandiya – Rumıniya, Sloveniya – Ukrayna, Rusiya – Türkiyə, Polşa – Serbiya, Almaniya – Avstriya, Macarıstan – Belarus.

Bütün xəbərlər Facebook səhifəmizdə