Qrizmanın “Barselona”ya keçəcəyi dəqiqləşdi

Antuan Qrizman “Barselona”nın futbolçusu olacaq.

SİA xəbər verir ki, bu barədə İspaniyanın “Atletiko” klubunun içraçı direktoru Migel Anhel Hil Marin məlumat verib. Futbol finksioneri, “Biz mart ayından bilirdik ki, Qrizman “Barselona”ya keçəcək” - deməklə fransız futbolçunun gələcəyi ilə bağlı fikir müxtəlifliyinə son qoyub.

Qeyd edək ki, Qrizman özü Andorra millisi ilə dünənki oyun öncəsi transferi ilə bağlı suala aşağıdakı kimi cavab vermişdi: “Mən bilirəm ki, gələn sezon hansı komandada çıxış edəcəyəm”.

“Barselona”nın bu transferi iyulun 1-də rəsmən elan edəcəyi gözlənilir.

Əlavə edək ki, təxminən bir ay əvvəl İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola “Atletiko”dan gedəcəyini elan etmiş Antuan Qrizmanın transferi uğrunda gedəcək mübarizə barədə sualı bu cür cavablandırmışdı: “”Barselona”dakı uşaqlar, narahat olmayın. “Mançester Siti” Antuan Qrizmanı almağa hazırlaşmır. Biz bunu özümüzə rəva görmərik. Qoy “Barselona” narahat olmasın, biz Qrizmanla maraqlanmırıq”.

Həmçinin, Qrizmanla “PSJ” və “Bavariya”nın da maraqlandığı vurğulanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...