İspaniya millisi “Adidas”la müqaviləyə xitam verdi!

Futbol üzrə İspaniya Futbol Federasiyası “Adidas” şirkəti ilə müqaviləyə xitam verib. Qurumun saytında yer alan xəbərə görə, bəyanatda deyilir ki, 1981-ci ildən əməkdaşlıq etdikləri Adidas qanun, şəffaflıq və ədalətlilik meyarlarına cavab vermir.

Qeyd edək ki, Adidas firmasının İspaniya Futbol Federasiyası ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər idi. Federasiya artıq yeni sponspor axtarışlarına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...