“Səbail” “Sumqayıt” üzərində qələbə qazanıb

Topaz Premyer Liqada 25-ci turun ilk oyunu keçirilib.

SİA-nın məlumatına görə, “Kapital Bank Arena”da “Sumqayıt” “Səbail”i qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Səbail”in qollarına 52-ci dəqiqədə Ağabala Ramazanov, 74-cü dəqiqədə isə Oke Akboveta imza atıblar. Buna qədər isə meydan sahiblərindən Peyman Babayi 13-cü dəqiqədə hesabı açmışdı.

Bu qələbə ilə xallarının sayını 38-ə çatdıran “Səbail” 3-cü pillədəki mövqeyini möhkəmləndirib. “Sumqayıt” isə 20 xalla turnir cədvəlinin 7-ci sırasında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə