La Liqada mart ayının ən yaxşısı müəyyənləşib

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Barselona”nın kapitanı Lionel Messi ötən ay göstərdiyi oyunu ilə hamını qabaqlayıb.

Qeyd edək ki, argentinalı forvard martda La Liqada iştirak etdiyi 4 oyunda 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə