Həbibdən açıqlama: "Cəngəlliyin yalnız bir kralı ola bilər"

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun karyerasını başa vurması ilə bağlı fikrini açıqlayıb. Rusiya mətbuatının yazdığına görə, 30 yaşlı idmançı həmkarının qərarına atmaca ilə münasibət bildirib. "Cəngəlliyin yalnız bir kralı ola bilər. Yalnız bir" - deyə o, şəxsi "Tvitter" hesabında paylaşım edib.

Qeyd edək ki, Həbib UFC versiyası üzrə çempionluq titulunu ötən ilin oktyabr ayında keçirdiyi döyüşdə məhz Konoru məğlub edərək qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə