Emil Balayevin komandası liderliyə yüksəldi

Qazaxıstan Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin formasını geyindiyi "Tobol" evdə "Taraz"ı qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. İlk turdakı matçda olduğu kimi, "Taraz"la görüşdə də "Tobol"un qapısını Emil qoruyub.
Qeyd edək ki, 2 turdan sonra maksimum nəticə göstərən "Tobol" turnir cədvəlinə başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə