Ronaldo Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.

Portuqaliyalı oyunçu səsvermədə Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Saneni ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Ronaldo 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə