Azərbaycanın ən güclü yeniyetmə cüdoçuları müəyyənləşib - FOTOLAR

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçılarına medal və diplomlar təqdim olunub.

Ümumi hesabda daha çox medal qazanan “UGİM-13” komandası birinci yeri tutub. “Neftçi” ikinci, UGİM-8 isə üçüncü olublar.

Qeyd edək ki, üç gün davam edən ölkə birinciliyində 61 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə