Aleks de Souza "Fənərbaxça"nın idman direktoru olacaq?

"Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souza klubun idman direktoru vəzifəsində çalışa bilər. "Fanatik"in yazdığına görə, ötən həftə "sarı-lacivərtlilər"in prezidenti Ali Koçun dəvəti ilə İstanbula gələn veteran futbolçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ölkəsinə qayıdaraq ailəsi ilə məsləhətləşib, daha sonra qərarını verəcəyini bildirib. Brazilya millisinin sabiq üzvü uzun müddət sonra tribunadan komandanın ev oyununu izləyib, klubun düşərgəsini, stadionu gəzib, futbolçularla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə