Qılıncoynadanlarımız Avropa birinciliyində mübarizə aparacaqlar - FOTOLAR

Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər. SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, şpaqa və sablya üzrə yığma komandamız fevralın 22-də İtaliyanın Foccia şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində yarışacaqlar. İdmançılarımız martın 3-dək davam edəcək qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə