Rusiyalı şahmatçı “Cairns Cup” turnirinin qalibi olub

ABŞ-ın Sent-Luis şəhərində keçirilən birinci “Cairns Cup” şahmat turniri başa çatıb. İlk dəfə keçirilən yarışın qalibi adını rusiyalı şahmatçı Valentina Qunina qazanıb. O, 9 oyundan 7 xal toplayaraq 40 min dollar məbləğində baş mükafata sahib olub.

Yarışda ikinci yeri 6,5 xalla rusiyalı keçmiş dünya çempionu Aleksandra Kostenyuk tutub. Üçüncü pillədə isə amerikalı İrina Kraş qərarlaşıb. Qeyd edək ki, “Cairns Cup” turnirində on qadın şahmatçı mübarizə aparıb. Yarışın ümumi mükafat fondu 150 min dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...