"Mançester Yunayted" Eşli Yanqla müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, 33 yaşlı müdafiəçi 1 illik yeni sözləşməyə imza atıb. Yeni anlaşmaya əsasən, ingiltərəli oyunçu 2020-ci ilin yayına qədər "qırmızı şeytanlar"ın formasını geyinəcək.
Qeyd edək ki, 2011-ci ildən "Mançester Yunayted"də çıxış edən Yanqın hazırkı müqaviləsi bu mövsümün sonuna qədər idi.
Bütün xəbərlər Facebook səhifəmizdə