"Arsenal"ın müdafiəçisi ciddi zədə alıb

İngiltərə Premyer Liqasının son turunun "Çelsi" ilə oyununda zədələnən "Arsenal"ın müdafiəçisi Hektor Belyerinin durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, sol dizindən xəsarət alan ispan futbolçunun zədəsi ciddidir. 23 yaşlı oyunçunun 6-9 ay arası yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, müdafiəçi üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, "Arsenal" sözügedən matçda "Çelsi"ni 2:0 hesabı iləməğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə