Mbappe: "Bu mövsümü PSJ-də başa vuracağam"

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi haqda danışıb. Fransa mətbuatının yazdığına görə, 20 yaşlı futbolçu "Real"a keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Fransalı forvard "kral klubu"na keçəcəyi xəbərlərini nə təsdiq, nə də təkzib edib: "Futbolda gələcəyi müzakirə etmək çox çətindir. Əminəm ki, bu mövsümü PSJ-də başa vuracağam. Sonrasına isə baxarıq".

Qeyd edək ki, Mbappe ilə "Real" yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə