“Qarabağ” bu gün ilk yoxlama oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək. Klubun rəsmi Feysbuk səhifəsində yer alan xəbərə görə, Macarıstan təmsilçisi “Uypeşt”lə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən qarşılaşma təxirə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə