"Çelsi" Eden Hazardın qiymətini açıqlayıb

Londonun "Çelsi" futbol klubu, "Real"ın maraqlandığı futbolçusu Eden Hazardın qiymətini açıqlayıb."The Telegraph" yazır ki, London klubu belçikalı yarımmüdafiəçini 112 milyon avrodan aşağı olmayan qiymətə satmağa hazırdır. Qeyd edək ki, E.Hazardın "Çelsi" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması il bağlı razılığa gəlməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə