"Barselona" braziliyalı futbolçuya 140 milyon avro qiymət qoydu

"Barselona" futbol klubu, "Mançester Yunayted"in transfer etmək istədiyi futbolçusu Filipp Koutinyoya qiymət qoyub. İngiltərə klubu 140 milyon avro ödəyəcəyi təqdirdə, Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçini satacaq. Qeyd edək ki, F.Koutinyo bu mövsüm 24 matçda 6 qol vurub, 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...