Bu gün millimizin rəqibləri müəyyənləşəcək

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsinin püşkü atılacaq. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Final mərhələsi Macarıstan və Sloveniyada keçiriləcək seçmə mərhələdə 53 komanda iştirak edəcək. Adıçəkilən ölkələr meydan sahibləri olduqları üçün birbaşa final mərhələsindən mübarizəyə qoşulacaqlar. Komandalar 6 səbətə bölünüb. A, B, C, D, E səbətlərində 9, ən zəiflərin yer aldığı F səbətində 8 komanda var. Yığmamız E səbətində qərarlaşıb.

Püşkatmadan sonra komandalar 9 qrupa böləcək. Onların səkkizində 6, birində 5 komanda mübarizə aparacaq.

AÇ-2021-in seçmə mərhələsinin səbətləri:

A səbəti: Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya;

B səbəti: Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, Çexiya, Hollandiya, İsrail;

C səbəti: Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro;

D səbəti: Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya Herseqovina;

E səbəti: Azərbaycan, Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Kipr, Ermənistan;

F səbəti: Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin martından 2020-ci ili noyabrına qədər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə